11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ANA OĞLUNU ÖZ ÇİYİNLƏRİNDƏ ŞƏHİDLƏR XİYABANINA APARDI...

Şabran rayon Hərbi Komissarlığından hərbi xidmətə cagırılan, 11.07. 2020 ci - il tarixdən ordu sıralarında həqiqi hərbi xidmətə başlayan,  Vətən Müharibəsində  itkin düşən, ötən gün  isə şəhid olduğu müəyyənləşən əsgər Ağayev Əmirağa Mahir oğlu dünən torpağa tapşırılıb.

ATİA . az  xəbər verir ki, Şəhidimiz doğulduğu Şabran rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Əmirağa Ağayev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ailəsi ilə sonuncu dəfə  oktyabrın 11-də əlaqə saxlamışdı. 
 4 aydan sonra nəşi tapılan Şəhidimizin DNT analizi nəticəsində Agayev  Əmirağaya aid olduğu təsdiqlənib.

Şabranın Surra kəndindən olan, 2002-ci il təvəllüdlü Şəhidimiz  Agayev Əmiraga ailənin yeganə oğlu olub, iki bacısı var. Bu barədə Şəhidimizin dayısı Aydın Aslanov ATİA.AZ saytına xəbər verib . 

 Şəhidimizin anası Hədiyyə xanım Agayeva   oglunu  öz ciyinləri üzərində Şəhidlər Xiyabanınına dəfn etməyə götürüb . 

Allah rəhmət eləsin!
Məkanı cənnət olsun . Allah əzizlərinə səbr versin .

                      Elnur Quliyev


Tarix: 12-02-2021, 09:57 Oxunub: 520


Bölməyə aid digər xəbərlər