Bakıda polis gizlin keçirilən məclisə girdi: Xeyli sayda saxlanılan var

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orda olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib.

Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.


Tarix: 30-01-2021, 22:48 Oxunub: 442


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930