Azərbaycanda kinorejissor vəfat etdi

Azərbaycan aktyoru, dublyaj rejissoru, Əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.
Bu barədə onun qızı İlhamə Həbibi öz “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.
Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.
1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Dublyaj üzrə ali dərəcəli kinorejissor olub.
Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj və tərcümə edib.
R.İbrahimbəyevin “Sınıq körpülər” filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olub. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib. 
“Kral Lir”, “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Rezidentin səhvi”, “Əlahəzrətin adyutantı”, “Səyavuş”, “Qaraqulaq ağ Bim”, “Karnaval”, “İmam Əli”, “İudanın arvadı”, “Mənim üç bacım”, “Ağbəniz”, “Mauqli”, “Gəlinlərin qiyamı” və s. filmləri dublyaj edib.



Tarix: 28-01-2021, 11:54 Oxunub: 467


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930