Prezidentin təltif etdiyi hərbçiləri həbsə kim göndərir?

44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərdi. Ordumuzun peşəkar zabitləri Vətən müharibəsində şücaət göstərərək qələbəni təmin etsələr də, onların bəzilərinə qarşı aqressiv, qanunsuz münasibət sərgilənir.
ATİA.AZ  unikal.org-a istinadən məlumat verir ki, Hərbi Prokurorluq tərəfindən Vətən Müharibəsində xüsusi fərqlənən, düşmənə qarşı mübarizədə şücayət göstərən zabitlərlə bağlı hər hansı əsas olmadan cinayət işi açılıb.
Təbii ki, bu prosesə hərbi prokuror Xanlar Vəliyevin birbaşa nəzarət etdiyi bildirilir. Maraqlısı odur ki, hazırda saxta ittihamlarla istintaqa cəlb olunan zabitlərin əksəriyyəti vətənpərvər hərbiçilərdir. Amma Xanlar Vəliyev onlara qarşı qərəzli münasibət sərgiləyir və saxta ittihamlara qanunilik donu geyindirmək üçün istintaq müddətini əsası olmadan uzadır. 


Tarix: 19-01-2021, 18:36 Oxunub: 799


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031