"Bakı" klubunun Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən keçmiş bazası ətrafında araşdırmalar yenidən başlayıb.
ATİA.AZ xəbər verir ki, fəaliyyətini dayandırmış klubun prezidenti Hafiz Məmmədov bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, Hafiz Məmmədov keçmiş «Delfin» MMC-yə məxsus torpaq sahəsində inşa etdirdiyi futbol kompleksinin buranı satın alan başqa şirkət tərəfindən dağıdılmasının qanunsuz olması haqda iddia qaldırıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi keçmiş “Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə versə də, sözügedən şirkət bazanı da yerlə bir edib.
Bu səbəbdən Məmmədov inşasına 30 milyon manata yaxın vəsait ayırdığı ərazinin geri qaytarılması, həmçinin ona dəymiş maddi-mənəvi zərərin ödənilməsini tələb edib.
Bölməyə aid digər xəbərlər