Smartfondan hər ay silinməli olan proqramlar

Smartfon sahibləri tətbiqlərin, "bulud"da saxlanılan məlumatların və mesencerdən alınan mesajların aylıq "auditini" aparmalıdırlar.
ATİA.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Telecom Daily" analitik agentliyinin direktoru Denis Kuskov bildirib.
Onun sözlərinə görə, mobil cihazın yaddaşını ən çox bu məzmunlar doldurur.
"İnsanların çoxunun smartfonlarında 100-dən çox tətbiq quraşdırılıb, texniki tətbiqetmələri nəzərə almasaq, onlardan yalnız 10-u daima istifadə olunur", - deyə mütəxəssis bildirib.
Kuskov qadjetdəki yerləri boşaltmaq üçün hər ay bu müddət ərzində istifadə olunmayan tətbiqləri silməyi tövsiyə edib. O, smartfonların sürətli işləməsi üçün lazımsız tətbiqlərdə "push" bildirişlərini söndürməyi və arxa planda işləyən tətbiqləri də unutmamağa çağırıb.
Kuskov şirkətlərin minimum həcmdən çox saxlanc yeri üçün əlavə pul tələb etdiyini xatırladaraq, yaddaşı təmizləyərək əlavə ödənişdən qurtulmağın mümkün olduğunu bildirib.


Tarix: 15-12-2020, 06:52 Oxunub: 141


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı