Laçın – Tarixlə nəfəs alan, Zəfərlə dirçələn şəhərimiz

   Dağların sinəsinə söykənmiş Laçın… Burada hər qayada bir dastan yatır, hər çayda bir nəğmə səslənir. Zamanın sınaqlarından keçmiş bu torpaq əsrlər boyu qəhrəmanlıq, mərdlik, qürur simvolu olub. Qədim qalalar, türbələr, daş kitabələr Laçının yaddaşını qoruyur, xalqın kimliyini pıçıldayır.

Uzun illərin həsrəti bitdi – 2020-ci ildə Laçın yenidən azadlığa qovuşdu. Bu qayıdış yalnız bir torpağın azad olunması deyildi; bu, xalqın qətiyyətinin, Prezident İlham Əliyevin möhkəm iradəsinin parlaq təntənəsi idi. O iradə ki, indi Laçında yollar salır, məktəblər ucaldır, evlər işıqlandırır, bu qədim diyarı dirçəldir.

Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı ilə Zirvə sammitinin məhz Laçında keçirilməsi təsadüfi deyildi. Bu, bir mesaj idi – “Azərbaycan torpağında quruculuq yalnız bərpa deyil, həm də yüksəlişdir!” Zirvə görüşü bütün dünyaya göstərdi ki, Laçın artıq təkcə coğrafi məkan deyil, o, diplomatiyanın, inkişafın və qətiyyətin rəmzidir.


Bu gün Laçında həyat yenidən qaynayır. Uşaq səsi küçələri bəzəyir, ocaqlar tüstülənir, kəndlərə bahar nəfəsi dolur. Hər tikilən ev yalnız daş-divar deyil – o, Vətənin döyünən ürəyidir.

Laçın – sən əsrlərin şahidisən! Sən təkcə şəhər deyilsən, sən qələbənin, qürurun və dirçəlişin təntənəsisən! Tarixinlə fəxr et, bu gününlə sevin, gələcəyinlə parılda!

Yaşa, Laçın! Yaşa, Azərbaycan!








Məhəbbət İbrahimova

26 avqust 2025-ci il


Tarix: 27-08-2025, 14:09 Oxunub: 597


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930