Keçmiş döyüşçülər azad olunan Aşağı Əskipara kəndində xatirələrini BÖLÜŞDÜLƏR

Qazax rayonunun Ermənistanın işğalı altında olan dörd kəndinin Azərbaycana təhvil verilməsindən bir il keçir. Həmin 4 kənddən biri Aşağı Əskiparadır.

1992-ci ilin 14 iyun tarixində sakinlər yurd-yuvalarından məcburi şəkildə çıxarılana qədər Əskipara kəndi hər gün erməni silahlı birləşmələri tərəfindən hədəfə alınır, gülləbaran edilirdi .

33 ildə Qazax rayonunun müxtəlif ərazilərində məskunlaşan Aşağı Əskipara sakinləri doğma el-obalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

"Belə hallar dünya təcrübəsində az olub. Torpaqlarımız bir güllə atılmadan, şəhid verilmədən geri qayıdıb. Sevincimizi sözlə demək mümkün deyil", - keçmiş döyüşçü Yaşar Qasımov deyib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşündə əldə olunan razılaşma çərçivəsində Qazaxın 4 kəndi 24 may 2024-cü ildə Azərbaycana təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:


Tarix: 22-04-2025, 06:13 Oxunub: 517


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930