11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Həsənqaya Əməliyyatı - "Şenqavitli" erməni terrorçularının məhv edilməsi

Araşdırmalara əsasən qeyd edək ki, Arabo terror dəstəsinin bir hissəsi Əsgəran-Goranboy-Ağdərə əməliyyatına qədər Barana (Noyamberyan) rayonu, Əskipara (Voskepar) və Qafana göndərilib. Bu məlumatlar Ermənistan Müdafiə nazirliyinin sənədləri ilə də təsdiqlənir.

Sənəd İcevan komendantı - 10 iyun, 1992-ci il
«Sizin sərəncamınıza Manvel Yeğiazaryanın komandanlığı altında 40 döyüşçüdən ibarət ehtiyat dəstə göndərildi.»
Ermənistan Respublikası Müdafiə Naziri Vazgen Sarkisyan.

Məqsəd bu bölgələrdən Azərbaycan istiqamətində təxribat xarakterli çaşdırıçı həmlələr etmək olub. İrəvandakı dəstənin bir hissəsi, Baranaya (Noyamberyan) gedənlərin mühasirəyə düşməsi düşməsi haqqında təcili yardım xəbəri aldılar. Nəticədə, yol üzərində görüşən və əməliyyat icra edən döyüşçülər Manvel Yeğiazaryanın əmri ilə geri qayıdır. Xatırladaq ki, M. Yeğiazaryan əslən Yevlax rayonundandır. 16 iyun tarixində Ermənistan Müdafiə nazirliyi tələsik Arabo dəstəsinin yenidən Qarabağa qayıtması haqqında göstəriş verir. Səbəb, qüvvələrimizin Goranboy rayonun dağlıq hissəsini (Şaumyan) azad etməsindən sonra, 16 iyun tarixində Ağdərə əməliyyatına başlaması olub.


Sənəd: Ermənistan Respublikası Müdafiə Nazirliyi - 16 iyun, 1992-ci il
«Gorus. polkovnik Harutyunyan
Sizin sərəncamınıza göndərilən Arabo taboru, Manvel Yeğiazaryan komandanlığında döyüş tapşırığının icrasından sonra, Müdafiə Komitəsinin sərəncamı altında Xankəndinə xüsusi xidmət üçün ayrıldı.»
Ermənistan Respublikası Müdafiə Naziri Vazgen Sarkisyan

1992-ci il iyunun 16-da saat 19:30 dəqiqəsində dəstə xüsusi tapşırıqla Qarabağa yollanır. Belə ki, Azərbaycan ordusunun keçirdiyi 12-16 iyun Əsgəran əməliyyatı, 13-16 iyun Goranboy əməliyyatı və 16 iyun-9 iyul Ağdərə əməliyyatı nəticəsində, qüvvələrimiz tezliklə Goranboyun dağlıq hissəsini, iyulun 4-də isə Ağdərə şəhərini düşməndən azad etdilər. Ağdam Əsgəran istiqamətində isə qüvvələrimiz Naxçivanik, Pircamal, Aranzəmin, Xramurd, Dəhraz, Ağbulaq kəndlərini və bir necə mühüm yüksəklikləri azad etdilər.

Sürətli Ağdərə əməliyyatı nəticəsində qüvvələrimiz düşmən daxilində güclü panika yarada bilib. Qüvvələrimizə qarşı Arabo dəstəsi ilə yanaşı, Aramo, Artziv-9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor adlı xüsusi təyinatlı dəstələr də döyüşüb. Goranboy və Ağdərə əməliyyatları çərçivəsində, Arabo dəstəsinin üzvlərinin xeyli hissəsi zərərsizləşdirilib. Dəstənin yenidən komplektləşdirilməsi üçün digər dəstələrdən döyüşçülər cəlb edilib.

Əməliyyatda  ermənilərin məhv edilmiş AROBO batalyonu


Sənəd: << 1992-ci il, iyun.
General-leytenant Andreasyan


Gorus şəhərinin komendantı Arabo taboruna qoşumaqla və onunla döyüş tapşırığının icrası üçün sizin sərəncamınıza, Qaqik Vartanyanın komandanlığında 10 nəfərdən ibarət dəstə Şaumyan (Goranboy-Q.Ş) rayonuna göndərildi.»

Sənəd: Ermənistan Respublikası Müdafiə Naziri Vazgen Sarkisyan

18 iyun saat 17:29 radələrində Gorus alayı Goranboydan qaçqın qrupunu müşayət edən tağımlardan birini qəbul edib. Danışıqlarda Goranboy rayonunun qüvvələrimiz tərəfindən guya xəyanət nəticəsində ələ keçirməsi müzakirə edilib. İyunun 24-də isə növbəti dəstə Qafandan Xankləndinə yola düşüb. Arabonun yenidən komplektləşdirilməsi ilə Manvel Yeğiazryan həm dəstənin, həm də öz şəxsi imicinin Qarabağ qüvvələri daxilində sarsılmasına çalışırdılar. Ağdərə rayonunun mühasirəyə alınmasından sonra, bölgəyə yeridilən Arabo əməliyyatlara başladı. Əks hücum nəticəsində qüvvələrimiz dayandırılmalı, hətta növbəti hədəf olaraq Goranboy rayonu ələ keçirilməli idi.

Nəticədə, Qafandan gələn dəstələr hesabına qüvvələrini bərpa edən Manvel Yeğiazaryan 1992-ci il iyunun 25-də, səhər saat 10:33 radələrində Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor adlı erməni xüsusi təyinatlı terror dəstələri ilə birdə Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdi. Gecə ikən, 65 nəfərdən ibarət Aramo, Arabo dəstəsi və əlavə 10 döyüşçü Qızıloba kəndini yenidən işğal etdilər. Məlumatlara görə, bu hücum azərbaycanlılar arasında böyük psixoloji təsir yaratdı və döyüş zamanı çox sayda əsgərimiz həlak oldu. Nəticədə, bundan ruhlanan Manvel Yeğiazaryan və erməni komandanlığı Çiləbörtdən (Cerabert) Göyarx (Levonarx)-Həsənqaya- Şıxarx (Leninavan) sektoruna böyük əks hücum hazırladılar.

Arabo dəstəsinin üzvü, operator Ruben Hovhannisyan hadisələri bu şəkildə xatırlayır:
«Arabo düşmənin öncədən dayandırılması üçün Mardakertə (Ağdərə) doğru hərəkət etdi. İyunun 26-da düşmən tərəfindən tutulmuş Karmiravan (Qızıloba-Qırmızıkənd) kəndi yaxınlığında idik. Bir neçə saat davam edən döyüşdən sonra kənd azad edildi. Qələbədən ilhamlanaraq birinci Leninavana, sonra Həsənqayaya tərəf hərəkət etdik. Birləşmiş erməni dəstələrindən təşkil edilən hərbi qrup bir neçə istiqamətlərlə hücum həyata keçirərək Şaumyanı azad etməli idi. İyunun 29-da səhər Leninavana hücum nəzərdə tutulmuşdu. Saat 3-də Kimya anbarları adlı ərazidə bölündük.»

Həsənqayaya tərəf bizim 21 döyüşçü, o cümlədən mənim yaxın dostum Avedis Avedisyan hərəkət etdi. Onunla getmək istəyirdim lakin, Leninavana təşkil ediləcək hücumu çəkmək istəyirdim. Bölündük. Hücum saat 17:00 üçün planlaşdırılırdı və nəticədə demək olar ki, uğursuz oldu. Həsənqaya kəndində yerləşən döyüşçülərlə əlaqə kəsildi. Daha sonra bizim kəşfiyyatçılar aydınlaşdırdılar ki, həmin ərazidə onlar (yəni erməni döyüşçüləri) olmalı idi. Lakin, artıq azərbaycanlılar orada idi. Bir gün sonra uzaqdan onların traktorlarla qazdıqlarını və cəsədləri basdırdılarını izlədik. Kəşfiyyat əməliyyatları sayəsində torpağın altından çıxarmağı bacardıq və bizim döyüşçülərdən ümumən üçünün cəsədlərini geri gətirdilər. Uzun müddət ümid edirdik ki, oğlanlardan bəziləri bəlkə yaxınlıqdakı meşəyə tərəf qaçmağı bacarıb və xilas olub».

Əməliyyat planına əsasən, Tərtər rayonunun (keçmiş Ağdərə) Şıxarx (Marağa, Leninavan) qəsəbəsi, Həsənqaya və Çaylı kəndləri işğal edilməli idi. Əməliyyat zamanı dəstələr üç hissəyə bölünüb. Birinci hissə Manvel Yeğiazaryanın komandanlığı altında Şıxarxa hücum edərək qəsəbəni ələ keçirməli, digər hissə isə Aşot Ğulyanın (Askolka, Bekor Aşot) komandanlığı altında sol qanaddan hücum edərək Çaylını ələ keçirməli, üçüncü hissə komplektləşdirlən Arabo dəstəsinin başçılığında Həsənqaya yaxınlığında mövqe tutmalı idi. Nəticə etibarı ilə Həsənqaya istiqamətində yerləşdirilən dəstənin vəzifəsi burada gizli mövqe tutaraq Şıxarxın ələ keçirilməsi, o cümlədən digər dəstənin Çaylı kəndinə doğru hərtəkət etməsi anında müdafiə xəttini təmin etməli və lazım gələrsə, Çaylı istiqamətinə gözlənilmədən həmlə etməli idi. Lakin, Şıxarxa hücum anında Həsənqayada yerləşən ermənilərin birinci dəstənin arxasında qaldıqları aşkar edildi.

Manvel Yeğiazaryan 21 may 2008-ci ildə mətbuata verdiyi müsahibəsində bildirir ki, iyunun 29-da baş vermiş döyüş əməliyyatlarında bölük iştirak etməməli idi. Onlar arxada aşkar edilib. Sonda geri çəkilmə vəziyyətində ehtiyyat qüvvə kimi düşmən tərəfindən azad edilən ərazini tutmalı idi. Əsas qüvvələr dəstə komandirinin rəhbərliyində, bölükdən təxminən 6 km irəlidə olmaqla Şıxarx istiqamətində hücuma keçdilər.

Deməli, Həsənqaya istiqamətində olan ermənilər Şıxarxa nisbətən arxada - dərinliklərdə olub. Manvel başda olmaqla digərləri isə 5-6 km irəlidə olub.

"Döyüşün aktiv anında biz arxada fəal atəşlər eşitdik və başa düşdük ki, 85 nəfərdən ibarət ehtiyyat bölük düşmənlə döyüşə giriblər. Onlardan yalnız 6 nəfəri bölüyün bələdçiləri idilər, onlar bütünlükdə bizim yanımıza geri qayıtdılar, digər 79 nəfərin taleyini bilmirdik və bu yaxınlara qədər onları itkin düşmüş hesab edirdilər. Biz düşünürdük ki, ən azından onların bir hissəsi girov düşüb",-  deyə Manvel Yeğiazaryan bildirib. Müsahibəsində Manvel Yeğiazaryan qüvvələrimizin ehtiyyat bölüyün saxlanıldığı ərazini hansı şəkildə öyrəndiyini hələ də anlaya bilmir.

Lakin, 16 yanvar 2013 cü ildə verdiyi müsahibəsində əməliyyatın bir sıra predmetlərinə aydınlıq gətirir: «Biz Leninavan istiqamətində hücum etdiyimiz zaman, sol qanadda Çaylı istiqamətinə Askolka hücum edirdi. Həmçinin bizə Aramo və Meğradzor qoşulmuşdu. Təxminən 600 nəfər idik. Hoktemberyan (Armavir– Q.Ş) bölüyü qərargahın nəzarəti altında idi, yəni onlar orada qərargaha yerləşdirilmişdi, komplektləşdirilməli idi. Həmin bölük hökumətin bölüyü idi. Komandiri dövlət nümayəndəsi Alik Petrosyan və Artyuşa Harutyunyan idi. Mən dövlət bölüyünü idarə edə bilmirdim, çünki mənim yanımdakılar yalnız könüllülər idi. Hoktemberyan bölüyü isə mübarizədə iştirak etməməli idi.

Məsələn, biz Leninavan və Çaylını azad etməli idik. Ora açıq ərazi olaraq qalırdı. Təbii ki, oradan türklər geri çəkilirdilər. Onlar, məhz oraya gəlməli və həmin açıq yeri tutmalı idilər. Bununla yanaşı, onlar hər vəziyyətdə döyüşdə iştirak etməməli idilər. Hoktemberyan komplektləşdirilmiş dəstəsi «artsaxlılardan» ibarət 20-22 nəfərlik qrupla yanaşı, həmçinin Arabodan adam istədilər. Belə ki, 21 əsgər də mən Arabodan verdim və təxminən onlar 80 nəfərlik bölüyə çevrildilər. Çaylıda nə baş verdiyini deyə bilmərəm, çünki mən onların komandiri deyildim.

Alik Petrosyan və Ardyuşa qərərgahda xəritə çəkirdilər. Son dövrlər mənim əlimə 1992- ci ilin qərargah xəritəsi düşdü, orada görünür ki, birbaşa bizim döyüşçülərin arxasında türklərin dislokasiyası mövcud olub. Bu müəmmalıdır ki, hoktemberyanlıların komplektləşmiş bölüyünün üzvləri başlanğıc nöqtədə həlak oldular. Ora üç il daim Artsaxın Crabert kəndinin özünümüdafiə nöqtəsi olub. Həmin səbəbə görə, buradan azərbaycanlıların hücumunu gözləmirdilər.

Biz əmin idik ki, oradan heç bir təhlükə olmaz, çünki orada döyüş əməliyyatları getmirdi. Yalnız bizim və Askolkanın uğurlarından sonra həmin boşluğu Hoktemberyanın komplektləşdirilmiş bölüyü tutmalı idi. Orada ,sözün əsl mənasında,  bir neçə nəfər öldürülə bilərdi, lakin bütün çatışmazlıqları mənim üzərimə yükləyirlər, əslində, mənim həmin qüvvələrlə əlaqələrim olmayıb və yalnız işlərin bu cür olacağını bilirdim.»

Təbii ki, baş verən uğursuz əməliyyatdan sonra Manvel Yeğiazaryanın “komplektləşdirilmiş Hoktemberyan” bölüyü deməsi gözləniləndir. Lakin yuxarıda qeyd edildiyi ki, Goranboy və Ağdərə əməliyyatında sıraları seyrələn Arabo dəstəsi məhz Armavirin (əvvəlki adı Hoktemberyan) “Artsiv 13” dəstəsinin, Zeytun və Crabert dəstələrinin döyüşçüləri hesabına yenidən komplektləşdirilmişdi.

Ümumi komandanlıq məsələsinə gəlincə, Manvel 2008-ci ildə “Aravot”un müxbirinin «Deyə bilərsinizmi, 16 il sonra həmin gün döyüş əməliyyatlarına kimlər rəhbərlik edirdi?»- sualını bu şəkildə cavablandırıb: «1992-ci il iyunun 25-də rəhbərliyi müdafiə qərargahı tərəfindən təyin edilmiş Arkadi Ter-Tadevosyan edirdi. İyunun 27-də Alik Petrosyan və Artyuşa Harutyunyan rəhbərlik edirdi.»

Manvel Yeğiazaryan 1992-ci il üçün əlinə keçən qərargah xəritəsində onların arxasında qüvvələrimizin dislokasiya yerlərinin mövcud olmasını iddia edir.

Nəzərinizə çatdırım ki, komplektləşdirilmiş Arabo dəstəsinin içində komandanlığın yəni, Alik Petrosyan və Artyuşa Harutyunyanın hazırladığı Artsiv-13 dəstəsi olub.
Manvel Yeğiazaryanın iddiasının nə dərəcədə doğru olması mübahisəli olaraq qalır. Onun birbaşa olaraq komandanlığı öz üzərindən atma səbəbi isə, Həsənqaya yaxınlığında zərəsizləşdirilmiş cinayətkarların ailələrinin kəskin etirazlar etməsi olub.

Təbii ki, baş qərargaha rəhbərliyi hər zaman olduğu kimi, Arkadi Ter-Tadevosyan, ərazi qərargahına Alik Petrosyan və Artyuşa Harutyunyan rəhbərlik edə bilərdi. Lakin bu döyüş sahəsində ümumi komandanlığın olmaması anlamına gələ bilməz. Belə nəticəyə gəlmək olar ki, döyüş sahəsində ümumi komandanlıq Manvel Yeğiazaryanda olub.

Ağdərədən 16 km şimal-şərqdə Tərtər çayının sağ sahilində yerləşən Şıxarx və Qızıloba kəndləri uğrunda aparılan döyüşlərdə düşmənin 1994-cü ilin aprelin ayında düşmənin 14 şenqavitli döyüşçüsü də zərəsizləşdirilib.

Həsənqaya əməliyyatinda XTPD (OMON), Gəncə Batalyonu, Tərtər Batalyonu, Qurtuluş batalyonu, Universitet batolyonu və Gəncə batalyonun tərkibində Daşkəsən Bölüyü iştirak edib.

Əməliyyatda iştirak edən Gəncə batalyonu

Gəncə batalyonuun komandiri və Arobonu məhvindən əsas rolu olan komandir Mehman Ələkbərov

Əməliyyatda iştirak edən Tərtər Özünümüdafiə batalyonu (2 - ci sıra soldan sağa  ikinci şəxs - Tərtər Özünümüdafiə batalyonun komandiri, Azərbaycan Respublikası Milli Qəhrəman Elman Hüseynov)

Müəllif : Qafqaz Qabil

Tarix: 26-05-2024, 15:52 Oxunub: 511


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı