12:07 / 19-02-2025
Sabah Bakıda qar yağacaq
Bu gün tanınmış vəkil Aslan İsmayılovun doğum günüdür

     Bu gün uzun müddət hüquq mühafizə orqanlarında çalışmış,  prokuror,  hakim kimi  fəaliyyət göstərmiş, Azərbaycan yeni nəsil vəkilliyinin inkişafında böyük rolları olmuş, tanınmış vəkil Aslan İsmayılovun doğum günüdür.

    Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub. 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib.

      1983-cü ildə Rusiya Federasiyasının Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

      1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib.

     1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

     1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib.

     1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib. ABŞ-nin Kolumbiya, Pitsburq, Fordom universitetlərində, Korneqi fondu, Sülh və Demokratiya institutunda, Azadlıq radiosunun Vaşinqton ofisində və digər çoxsaylı tədbirlərdə çıxış edib və mətbuat konfransları keçirib.

     Sumqayıt hadisələrinin gün işığına çıxması üçün yazılmış  "Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı kitabının müəllifidir. 

    Belə ki,  tanınmış vəkil Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olarkən, məhkəmə prosesində şahidi olduğu prosesləri  "Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı"  kitabında əks etdirib. Kitabda bu hadisələrlə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilir.

     4 may 2010-cu ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.

    Onu da qeyd edək ki, Aslan İsmayılov əslən Qazax rayonunun Şıxlı kəndindəndir.

    Biz də öz növbəmizdə  ATİA.AZ  saytının kollektivi adından,  Azərbaycan yeni nəsil vəkilliyinin inkişafında böyük xidmətləri olmuş, tanınmış vəkil Aslan İsmayılovu  67 yaşının tamam olması münasibətilə təbrik edir və 3 rəqəmli doğum gününü qeyd etməsini arzu edirik.


Tarix: Вчера, 13:56 Oxunub: 300


Bölməyə aid digər xəbərlər