11:24 / 21-11-2024
COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib
11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:14 / 21-11-2024
Azərbaycanlı qadın Türkiyədə güllələndi - FOTO
11:08 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı yeni qərar
11:04 / 21-11-2024
Əli Əsədov bu qaydaya dəyişiklik etdi
10:59 / 21-11-2024
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
10:50 / 21-11-2024
“Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq” – BMT rəsmisi
10:00 / 21-11-2024
"Ənənələri olan Partiya" - Anar Nəbiyev
09:55 / 21-11-2024
"Şanlı tariximizin parlaq səhifələri yazılır" - Sevda Məmmədova
09:49 / 21-11-2024
"Sarsılmaz birliyimiz" - Səməd Orucov
15:30 / 20-11-2024
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi
13:22 / 20-11-2024
Çempionlar Liqasının oyununu azərbaycanlı hakim idarə edəcək
12:00 / 20-11-2024
Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır
11:58 / 20-11-2024
Bəzi müəssisələrə ödənilən ƏDV-nin 50 faizi geri qaytarıla bilər
11:56 / 20-11-2024
Əfsanəvi pop qrupunun iki üzvü bir həftə içində öldü
11:53 / 20-11-2024
İcra başçısı vətəndaş qəbulu keçirdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
11:50 / 20-11-2024
Bu şəxslərin gəlirlərinin 75%-i vergidən azad olunur
09:31 / 20-11-2024
Yeni dələduzluq növü – Saxta dəvətnamələr...
07:53 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
18:58 / 19-11-2024
Məhkəmədən müəllimlərin sertifikasiyası ilə bağlı mühüm qərar
18:57 / 19-11-2024
Paşinyan onları vatsap mesajı ilə işdən çıxarıbmış
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
18:55 / 19-11-2024
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
18:53 / 19-11-2024
Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı
18:40 / 19-11-2024
“İrşad”da ilin ən böyük endirimləri! - Yaşıl cümə kampaniyası başladı!
18:39 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
16:42 / 19-11-2024
Azərbaycan inam və qətiyyət nümayiş etdirir - Nizami Hüseynov
11:56 / 19-11-2024
"Xalqımızın əzmkarlığının, milli qürurunun simvolu" - Nizami Zeynalov
13:30 / 18-11-2024
"Dünya birliyinin etibarlı və məsuliyyətli üzvüyük" - Anar Nəbiyev
12:48 / 18-11-2024
COP29 çərçivəsində 11 ölkə şəffaflıq hesabatlarını təqdim etdi
Sîzləri unutmadıq.... - 8 oktyabr Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun doğum günüdür
Allah rəhmət eləsin, məkanları cənnət olsun...
Bölməyə aid digər xəbərlər
8 oktyabr Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuş İsmət İsmayıl oğlu Qayıbovun doğum günüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin inşallah.
İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilir.
1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.
1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. O, həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. Amma erməni separatçılarının törətdiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır. Qayıbov azərbaycanlılara qarşı törədilən dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını "biabırçılq" adlandırmışdı. O, 20 yanvar faciəsini "Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirir ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar".
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir.
1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci vertolyot — Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.
Həlak olanlar arasında İsmət Qayıbov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi. İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməmişdi. İsmət Qayıbovun geyindiyi pencəkin cibində isə Ömər Xəyyamın rübaisi var idi:
Из допущенных в рай и низвергнутых в ад
Никогда и никто не вернулся назад.
Грешен ты или свят, беден или богат,
Уходя, не надейся и ты на возврат.
Ömər Xəyyam
Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbiçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar. Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar. Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar:
"Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar."
Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi. Jurnalistin fikrincə, vertolyotun içində atışma olub. Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə vertolyotda olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi...
İsmət Qayıbov Leyla xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Onların bu nikahdan iki övladı olur. Qızı Firuzə, oğlu isə İsmayıl Qayıbov. İsmət Qayıbov övladına qoyduğu adlar onun ata-analarının adı ilə bağlı idi.
Allah rəhmət eləsin, məkanları cənnət olsun...
Tarix: 8-10-2024, 07:33 Oxunub: 381
Bölməyə aid digər xəbərlər
15-08-2024, 14:24
PREZİDENT İlham Əliyev 5 fərman imzaladı
10-05-2024, 06:58
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10-05-2023, 12:23
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
5-02-2023, 12:46
Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
27-09-2022, 07:51
Vətən müharibəsinin başlamasından 2 il ötür
26-08-2022, 07:57
Mehriban Əliyevanın doğum günüdür
5-08-2022, 12:33
İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
10-05-2022, 07:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
12-12-2021, 07:51
Ümummilli lider Heydər Əliyevin vəfatından 18 il ötür
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO