Toz şəklindəki dərmanlar təhlükəlidir?

       Qrip və soyuqdəymə zamanı simptomatik müalicə üçün çox vaxt toz halında olan dərmanlardan istifadə olunur.

Ağrıkəsici və temperatur salma xüsusiyyətlərinə malik olduğu üçün bu preparatlara tələbat böyükdür.

     Əczaçı Səidə Pənahovanın sözlərinə görə, sakinlər ən çox respirator xəstəliklərlə bağlı dərmanlar alırlar:

      “Əsasən toz şəklində olan dərmanlar tələb olunur. Bəzən xəstələr düzgün istifadə qaydasını bilməyərək onları 2-3 saatdan bir qəbul edirlər, amma bu düzgün deyil. Arada ən azı 5 saat fasilə olmalıdır”.

  Buna baxmayaraq, bir çox ölkələrdə istifadəsi qadağan edilən “Nimesil” kimi digər toz halında olan dərmanların da zərərli tərəfləri var. Terapevt Sübhan Hacıyevin sözlərinə görə, bu dərmanların bəziləri nimesulid tərkibli olduğu üçün ciddi fəsadlara yol aça  bilər.     
Bundan  başqa,  toz  halında  olan  dərman  vasitələrinin  istifadəsi  allergik  reaksiyası  olan  insanlar  üçün  təhlükəli  sayılır.

“Belə dərmanların tərkibində kifayət qədər ciddi molekullar var. Onların qeyri-rasional və həkim nəzarəti olmadan qəbulu həm qaraciyər, həm böyrəklər, həm də mədə-bağırsağın fəaliyyətinə ciddi fəsadlar törədə bilər. Xəstələr həkim məsləhəti olmadan dərman molekullarına müraciət etməsinlər”, – deyə o əlavə edib.

Ətraflı  süjetdə:


Tarix: 6-02-2025, 08:08 Oxunub: 2 030


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930