İntihar edən yeniyetmə ilə bağlı TÜKÜRPƏDƏN MƏLUMAT: Qatıldığı oyunda özünü öldürməsi tapşırılıbmış

Yardımlıda intihar hadisəsi olub.    Hadisə Zevin kəndində baş verib.

15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. 

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.

Məlumata görə, 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlünün son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Əldə etdiyimiz digər məlumata görə, yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ə.Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub. O bu gün torpağa tapşırılıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.


Tarix: 5-02-2025, 13:43 Oxunub: 396


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930