16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı

     Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.
Belə  ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü Samir Şahbazova (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.


Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir.

S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacaqlarını bildirib. Zərərçəkmiş qız da faktiki həyat yoldaşından şikayətçi olmayıb.

Saatlı Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Samirə 1 il həbs cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qafqazinfo


Tarix: 11-10-2024, 14:16 Oxunub: 301


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930