Aeroport yolundakı qoşa xətt silinir

Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər edilir. Yolun 11 km hissəsində zolaqlar bərpa olunub.

“Uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz olunur. Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırırdı.

Artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib”, - qurumun məlumatında qeyd edilib.


Tarix: 30-09-2024, 12:52 Oxunub: 337


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31