21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
38° isti olacaq

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. 

Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.


Tarix: 2-09-2024, 12:55 Oxunub: 120


Bölməyə aid digər xəbərlər
25-08-2022, 12:08 Sabahın hava PROQNOZU
16-08-2022, 12:35 Sabah hava necə olacaq?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
22-07-2020, 19:41 Sabah yağış yağacaq