21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Sabahın hava proqnozu açıqlandı



Azərbaycanda iyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya  Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti                
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

Manset.az



Tarix: 23-06-2022, 13:07 Oxunub: 324


Bölməyə aid digər xəbərlər
22-06-2022, 14:13 Sabahın hava PROQNOZU
21-06-2022, 12:38 Sabah hava necə olacaq?
6-06-2022, 12:46 Sabahın hava PROQNOZU
21-11-2020, 12:37 Sabahın hava proqnozu
22-07-2020, 19:41 Sabah yağış yağacaq