21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Sabahın hava proqnozu AÇIQLANDI



Bakıda və Abşeron yarımadasında aprelin 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya  Xidmətindən  verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Manset.az 


Tarix: 26-04-2022, 13:16 Oxunub: 211


Bölməyə aid digər xəbərlər
5-04-2022, 14:23 Sabaha olan hava PROQNOZU
21-11-2020, 12:37 Sabahın hava proqnozu
22-07-2020, 19:41 Sabah yağış yağacaq