11:43 / 13-06-2024
Beş rayonun qazı kəsiləcək
15:06 / 12-06-2024
Bu dondurmaları yeməyin!
Sabah Bakıda yağış yağacaq



Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Manset.az


Tarix: 12-01-2022, 12:27 Oxunub: 173


Bölməyə aid digər xəbərlər
5-01-2022, 14:06 Sabah hava necə olacaq?
24-11-2021, 16:19 Sabah hava necə olacaq?
21-11-2020, 12:37 Sabahın hava proqnozu
22-07-2020, 19:41 Sabah yağış yağacaq