21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Sabah hava necə olacaq?



Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumatda bildirilir ki, şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Manset.az


Tarix: 21-06-2022, 12:38 Oxunub: 120


Bölməyə aid digər xəbərlər
6-06-2022, 12:46 Sabahın hava PROQNOZU
18-05-2022, 13:02 Sabaha olan hava PROQNOZU
5-01-2022, 14:06 Sabah hava necə olacaq?
24-11-2021, 16:19 Sabah hava necə olacaq?
22-07-2020, 19:41 Sabah yağış yağacaq