Vatsap yeni funksiyanı sınaqdan keçirir

Vatsap tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasını sınaqdan keçirirlər.

Xarici KİV-ə istinadən xəbər verilir ki, yenilik artıq “Android” üçün vatsapın 2.24.15.5 nömrəli beta versiyasındasınaqdan keçirilib. Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər.

Lakin bu, yenilik əlavə məlumat paketinin yüklənməsini tələb edəcək. Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları şirkətin serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.

Yeniliyin “Android” və “iOS” sistemlərində nə vaxt əlçatan olacağı hələlik açıqlanmayıb.


Tarix: 13-07-2024, 08:45 Oxunub: 307


Bölməyə aid digər xəbərlər
4-03-2022, 07:44 “Whatsapp”dan yenilik
16-03-2024, 18:38 Whatsappdan yeni qadağa


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031