11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Avtobuslara kamera quraşdırıldı - Zolağa daxil olanları çəkəcək

     Avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
    Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.

   "Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaqdır. Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - deyə məlumatda qeyd edilib.

    İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq avtobus zolağına daxil olmağın cəriməsi hazırda 40 manatdır. Lakin Milli Məclis qanuna dəyişiklik edib. Qanun qüvvəyə mindikdən sonra sözügedən qayda pozuntusuna görə cərimə məbləği 100 manat və 2 bal olacaq.

Avtosfer.az


Tarix: 10-07-2024, 14:02 Oxunub: 234


Bölməyə aid digər xəbərlər