Hava ilə bağlı xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorolgiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.
     Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 19-u gündüz, 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
   Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.


Tarix: 17-03-2024, 15:36 Oxunub: 59


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq