11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Növbəti 3 günün hava proqnozu

   Azərbaycanda yanvarın 5, 6 və 7-də müşahidə olunacaq hava şəraiti  barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
     Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi ayın 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8 -13 dərəcə isti olacaq”.
     G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
     Xidmət rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba, Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal edilir: “6 yanvarda gündüz saatlarından yağıntıların dayanacağı, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25 -30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq”.


Tarix: 4-01-2024, 13:15 Oxunub: 149


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq