Verdiyi rüşvəti geri tələb edən vətəndaş intihara əl atdı - UCARDA DƏHŞƏT


Ucar rayon Koroğlu küçəsi ev 24 -yaşayan Ələkbərov Oktay Qüddəsər oğlu bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında intihara cəhd edib.
Bu barədə Gununsesi.info-ya rayon sakinləri bildirib. Məlumata görə, ancaq vətəndaşın qarşısını kəsən polislər onu özünü yandırmasına imkan verməyib.
Olaya səbəb isə Ələkbərov Oktay Qüddəsər oğlunun Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlı ilə arasındakı qalmaqaldır.
Vətəndaş iddia edir ki, oğlunu operator vəzifəsinə qoymaq adı ilə direktor ondan 3500 manat pul alıb:
“Oğlum Ceyhunu Ucar rayon xəstəxanasına operator vəzifəsinə qoymaq üçün Zeynal Bayramlıya 3500 manat pul verdim.Bir neçə aydan sonra oğlumun vəzifəsini dəyişdi həm də dərəcəsini aşağı saldı.
Buna görə mən dəfələrlə Zeynal Bayramlının qəbulunda oldum axırda məni otağından qovdu.
Zeynal Bayramlı ya oğlumu əvvəlki işinə qaytarmalıdır, ya da pulumu verməlidir”.
 


Tarix: 12-12-2022, 09:33 Oxunub: 238


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930