Saatlıda mağazadan oğurluq edən şəxs saxlanılıb...

     Saatlıda mağazadan oğurluq edən şəxs saxlanılıb.
     Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
     Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birinə müştəri qismində bir nəfər şəxsin daxil olması və daha sonra həmin şəxsin soyğunçuluq yolu ilə 150 manat pulu ələ keçirərək qaçması barədə məlumat daxil olub.
     Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törədən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Tarıyel Fətullayev saxlanılıb.
      Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
      Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Tarix: 22-11-2022, 10:09 Oxunub: 223


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930