Daha 10 ailə Ağalıya yola salındı



Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.

 Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlər sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.
Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib.
Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir. Növbəti mərhələdə daha 11 ailə yola salınacaq.


Tarix: 21-07-2022, 08:43 Oxunub: 285


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031