Tovuzun Əyyublu kəndindəki "Görüş Kafesi" insanları və dövləti aldatmaqla məşğuldur!

Tovuzun Əyyublu kəndində yol kənarında  yerləşən "Görüş Kafesi" insanları aldatmaqla məşğuldur! 
Oturub çörək yeyəndən sonra adama gəlib elə "şot" deyirlər ki, elə bil biz də "ərəbistandan" gələn ərəblərik.
"Şot"u deyəndən sonra "müdiriyyət"ə hesablatdım, nə qədər baha-baha hesablasalar da "şot" dedikləri kimi çıxmadı, dediklərindən az çıxdı. 
İlk başda dedikləri pulu verib... "bizi avvam hesab etməyin ayıbdır,  belə hərəkətinizdən əl çəkin" dedim!!! 
Hətta  ödədiyimiz məbləğin ƏDV-sini belə vermədilər, ümumiyyətlə bunların ƏDV anlayışından xəbərləri belə yoxdu...
Çalışın öz millətinizə qarşı cib kəsən olmayın! 
Azərbaycan adına, millət adına ləkə gətirən belə insanlara ayıb olsun! 
Öz millətinin başına oyun açanlar görün indi ölkəmizə gələn "turistlərin" başına hansı oyunu açır???
Yəqin ki, aidiyyatı qurumlar bir tədbir görəcəklər....

Elnur Quliyev, ATİA.AZ


Tarix: 16-02-2022, 13:59 Oxunub: 579


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930