Kəndə gedən dağ yolunda uçqun oldu

   Ordubad rayonunda yağan güclü yağış nəticəsində Pəzməri kəndinə gedən dağ yolunda uçqun olub. Dağlardan qopan daşlar və torpaq kütləsi yola tökülüb. Bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
   Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Yolun açılması üçün əraziyə Agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddətdə yol təmizlənib və hərəkət bərpa edilib.


Tarix: 20-03-2024, 18:55 Oxunub: 547


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31