21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
UNEC-in “Açıq qapı” günləri - 800-ə yaxın abituriyent

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas və 3 nömrəli tədris binalarında keçirilən “Açıq qapı” günlərində müxtəlif ixtisas qrupları üzrə 800-ə yaxın abituriyent iştirak edib. Onlardan 300 nəfərdən çoxu 600 və daha yüksək bal toplayan abituriyentlər olub.

Universitetdən bildirilib ki, “Açıq qapı” günlərində abituriyentlərə UNEC-in təhsil imkanları, ixtisaslar, keçid balları, ikili diplom və mübadilə proqramları, tədris prosesi və onları maraqlandıran digər məqamlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, abituriyentlərə ixtisas seçimi ilə bağlı dəstək göstərilib.
 
“Açıq qapı”da iştirak edənlər UNEC-in təhsil imkanlarını və burada tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirərək UNEC tələbəsi adını qazanmaq istədiklərini bildiriblər.


Tarix: 14-08-2024, 21:58 Oxunub: 206


Bölməyə aid digər xəbərlər
7-07-2024, 10:20 İmtahan günüdür