Sənəd qəbulunun müddəti uzadıldı

Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti 1 avqust 18:00-a qədər uzadılıb. Bu barədə Elm və Təhsila Nazirliyi üzrə Dövlət Agentliyindən məlumat verilib.

“Həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər”, - məlumatda bildirilib.

Qeyd edilib ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi olaraq izləmək tövsiyə olunur.


Tarix: 30-07-2024, 20:42 Oxunub: 344


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930