İsrailin Qəzzaya hücumlarının ilk günlərində mülki əhalini bölgənin cənubuna getməyə çağırması və daha sonra bu əraziləri vurması mübahisə mövzusu olub.
ABŞ-da yerləşən CNN telekanalının təhlilinə görə, bu ay İsrail ordusu mülki şəxsləri istiqamətləndirdiyi ən azı 3 bölgəni vurub.
Qəzzanın 623 bloka bölündüyü xəritədə qısa müddətdə vurulacaq yerlər və mülki şəxslərin sığınacağı yerlər göstərilib.
İsrail ordusunun hazırladığı xəritə internetdə paylaşılıb və xəritəyə aparan QR kod kağıza çap edilərək havadan Qəzzaya atılıb.
Şəkilləri və yerli xəbərləri təhlil edən CNN, İsrailin mülki şəxslərin sığınacaq tapdığı ən azı üç bölgəyə zərbələr endirib.
CNN-in təhlili ilə bağlı açıqlama verən İsrail ordusu: “İsrail ordusu müharibə başlayandan bəri riskləri azaltmaq üçün dinc əhalinin sıx qarşıdurma bölgələrini tərk edərək daha təhlükəsiz bölgələrə getməsini istəyir”
Bölməyə aid digər xəbərlər