Poqosyanın etirafı: “İlham Əliyev Azərbaycan tarixinə öz dövlətinin əsl başçısı kimi düşəcək”

    Erməni siyasətçi Vladimir Poqosyan “Noyan Tapan” verilişinin efirində Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqının və dövlətinin tarixinə düşəcəyini etiraf edib.
   “Əgər Əliyevdən danışırıqsa, bu, ölkəsinin əsl prezidentidir. Hər nə desək də, azərbaycanlıları bəyənib-bəyənməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır və o, öz dövləti baxımından Azərbaycanın tarixinə düşəcək. Bizim siyasətçilərdə Əliyevdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun illərdir deyirəm.
   Əliyev nə (Ruben) Vardanyandan, nə də (baş nazir Nikol) Paşinyandan qorxur. O nədən qorxmalıdır? Bu mənə Stalinə Papa haqqında danışılması ilə bağlı bir hekayəni xatırlatdı. Ona deyirlər ki, Roma Papası çox güclüdür. Stalin soruşur: “Papanın neçə diviziyası var?..” Bizdə də belədir: Vardanyanın neçə diviziyası var? Paşinyanın neçə diviziyası var? Ona görə də Əliyevin Paşinyandan və Vardanyandan qorxacağı bir şey yoxdur”, - deyə V.Poqosyan bildirib.


Tarix: 25-02-2023, 15:29 Oxunub: 456


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930