11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Paşinyan yenə “gəlsinlər” deyir - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında yenidən regional təhlükəsizlik üçün təhdidlər yağdıran açıqlamaları ilə yadda qalıb.
Yox, cənab Paşinyan Ermənistanın resursu və hərbçi kapitalı az olan ordusunun hansısa revanşından söz açmayıb, amma İrəvanın Azərbaycan üçün təhlükə ola biləcək tezislərini dilə gətirib.
Baş nazir yenidən Qarabağ mövzusuna qayıdaraq xarici siyasət gündəliyini keçmişdəki işğal prinsipi ilə formalaşdırmaq niyyətini ifadə etmiş olub.
Hərçənd ki, Paşinyan özü də Qarabağda açıq qalan məsələlərin həllinin Ermənistanın iradəsindən asılı olmadığını gözəl başa düşür, amma yaranmış vəziyyətdən yararlanmaq vərdişlərini də kənara qoymur.
Azərbaycan üçün isə aidiyyəti yoxdur ki, Paşinyan niyə belə danışır, Bakı baş nazirin verdiyi bəyanatları suverenlik üçün formalaşdırılan təhdidlərin tərkib hissəsi kimi görür.
Paşinyanın dediklərinin ümumi xarakteristikasını ifadə edən qeydlər:
- Azərbaycan iqtisadi və psixoloji təzyiqlərlə ermənilərin Qarabağı tərk etmələrinə çalışır,
- Azərbaycan sülh gündəmini, danışıqlar prosesini pozmağa və yeni müharibənin qızışdırılmasına çalışır,
- Qarabağdakı nizamlanma yolu beynəlxalq müşahidəçilərin regiona göndərilməsidir.
Paşinyanın tezisləri Qərbdəki dairələrin təlimat kitabçaları ilə uyğunluq təşkil edir, deməli, Qərb yenə də baş naziri hansısa xam xəyallarla nəyəsə inandıra bilib.
“Ermənilər etnik təmizləməyə məruz qalırlar, ay aman, blokada var” tipli əsatirlər adi hal alıb və bu, Azərbaycanı o qədər də düşündürmür. Çünki Qarabağda nə blokada var, nə də hansısa erməniyə qarşı etnik mənsubiyyətinə görə ayrı-seçkilik edilir. Azərbaycanın işi Qarabağ torpaqlarını murdarlamaq cəhdlərini davam etdirən cinayətkar ünsürlərlədir, ikinci bir yandan, qızıl mədənlərindəki talamalara qarşı tədbirlərini gücləndirməkdir.
Məzmun bu qədər sadədir, mürəkkəb olmayan bu tələblərə deyil, erməni miflərinə inanan dairələr bunu labirintə salırlar.
Ermənilərə beynəlxalq hüququn prinsipləri ilə deyil, əlahiddə bir etnos kimi yanaşan qüvvələrin məqsədi Qarabağa beynəlxalq qüvvələri cəmləmək yekununa köklənir.
Paşinyan da eyni tezisi leksikonunda saxlayır, Bakının isə bunda niyə maraqlı olmadığını izah etməkdə fayda var.
Hər şey rəvan olsaydı, Azərbaycan BMT missiyasının gəlib Qarabağda oturmasına şərait yaradar və onun sülhyaratma prosesinə töhfəsinə güc qatardı.
Amma region yad elementlərə qarşı kövrəkdir və bu həssaslığın əsas qaynağı Rusiyadır. Moskva NATO və ya BMT missiyasının mandatının regiona gəlişini nüfuz dairəsini əldən buraxmaq kimi assosiasiya edir.
Ona görə də tənzimləmə mexanizmlərində monopoliya yaratmağa və buna maneə yaradacaq qüvvələrlə mübarizəyə üstünlük verir.
Hazırda isə Qarabağda Rusiya sülhməramlıları üçün müvəqqəti xidmət mandatı verilib – onların regiona gəlişinin səbəbləri başqa mövzudur, amma nəticədə Azərbaycan torpaqlarındadırlar.
Onlar burada ola-ola Rusiyaya əks qütbdə dayanan NATO-nun çətiri altında regiona əlavə hərbi kontingent cəlb olunması Azərbaycana sərf etmir.
Paşinyan isə hər vəchlə regionu poliqona çevirməyə və Ermənistanın yarana biləcək gərginlikdən faydalar götürəcəyinə inanmaqda davam edir.
Azərbaycanın sərhədlərin delimtasiyasına dair tələblərinə, Zəngəzur dəhlizinin açılması üçün şərtlərinə əməl etmək Ermənistan üçün ən optimal yoldur.
Ermənistan hansısa məqamlarda Azərbaycana qarşı dayanan güclərin valı dəyişdirəcəyini düşünmür. Lakin “X” anında Bakının enerji cazibəsi, regiondakı yeri İrəvana qarşı cəbhə kimi praktiki inkişaf etmək həddinə çata bilər, bu zaman isə Paşinyanın düşünməyi gec olacaq...
Aqşin Kərimov  


Tarix: 26-01-2023, 15:03 Oxunub: 199


Bölməyə aid digər xəbərlər