İlham Əliyevə Rusiyada qızıl üzük hədiyyə edildi - FOTO

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının iclasında onların hər birinə Yeni il hədiyyəsi olaraq xüsusi hazırlanmış üzük təqdim edilib.

Bu üzüklərdən biri Belarus Prezidenti Aleksandr Lukaşenkonun barmağında görünüb.
Fotonu isə Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” “Telegram” kanalı yayıb.

Daha sonra həmin kanal MDB liderlərinin qeyri-rəsmi görüşü üçün xüsusi olaraq doqquz üzüyün hazırlandığını bildirib. Hər bir üzüyə Yeni illə əlaqədar təbrik həkk olunub.

Hədiyyə MDB sammitdə iştirak edən bütün liderlərə, həmçinin İlham Əliyevə də təqdim edilib.


Tarix: 27-12-2022, 12:06 Oxunub: 261


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31