"Putin ağlına nə qoyursa, onu da edir..." - Ərdoğan

“Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə müsahibəsində bildirib.
Ərdoğan qeyd edib ki, nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər:
“Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı. Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendum, hətta Rusiyanın səfərbərlik qərarı da narahatlıq doğurur. Bu, sabitliyi çətinləşdirir. Cənab Putin, əgər ağlına nəyisə qoyursa, elə də edir”.
Türkiyə lideri sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da əlavə edib.



Tarix: 29-09-2022, 01:19 Oxunub: 314


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031