Ukraynada deputatların diplomatik pasportları ləğv edildi

     UNİAN yaydığı məlumata görə Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.
   Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik pasport sırf rəsmi ezamiyyət üçün istifadə edilməlidir. Şəxsi səyahət üçün bu sənəddən istifadə yolverilməzdir. Qanuna görə, səfərdən qayıdan şəxs ən geci 10 gün müddətində pasportu saxlanmaq üçün XİN-ə qaytarmalıdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq deputatların çoxu sənədi qaytarmayıb. Bu səbəbdən qaytarılmayan 225 pasport ləğv edilib.



Tarix: 7-08-2022, 05:31 Oxunub: 254


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031