İnstaqramda bir sıra funksiyalar dəyişəcək



İnstaqramın baş direktoru Adam Mosseri istifadəçilərin “TikTok”un surətçıxarma ilə bağlı tənqidindən sonra tətbiqdə bir sıra funksiyaları dəyişəcəklərini açıqlayıb.
Bu barədə “RBK-Ukrayna” “Platformer”ə istinadən məlumat yayıb.
İstifadəçilər tamekranlı video interfeysdən narazı idilər, həmçinin instaqramdan “TikTok”u kopyalamağı dayandırmağa çağıran müxtəlif onlayn fləşmoblar təşkil edirdilər.
Növbəti bir neçə həftə ərzində sosial şəbəkə əvvəlki lent formatına qayıtmağı planlaşdırır. İnstaqram, həmçinin təsadüfi hesablardan tövsiyə olunan postların sayını azaldacaq.
“Geriyə doğru böyük bir addım atıb yenidən qruplaşmalı və bundan sonra nə edəcəyimizi anlamalıyıq”, - A.Mosseri deyib.
İnstaqramın gələcəkdə istifadəçilərin istəkləri əsasında yeniləmələr buraxacağı da gözlənilir.


Tarix: 30-07-2022, 08:54 Oxunub: 215


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31