11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycan zaman – zaman öz hədəflərinə çatmaqdadır" - Polad Ağakişiyev

Doğma Azərbaycanımızın işğaldan azad edilmiş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Xalqımızın və Vətənimizin mənafeyi naminə yorulmadan çalışan Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları hər dəfə işğaldan azad olunmuş rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni layihələrin, binaların, obyektlərin təməlini qoyur. Azərbaycan Prezidenti çıxışlarında dəfərlərlə bəyan etmişdir ki, işğaldan azad olunmuş ərazilər tezliklə yenidən qurulacaq və dünyanın ən gözəl güşələrindən birinə çevriləcəkdir. Sakinlərimiz öz doğma yurd – yuvalarına qayıdacaqlar. Bu bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. 
Artıq işğaldan azad olunmuş ərazilərimizdə geniş, irimiqyaslı işlər görülür. Yeni infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, dəmir yolu və avtomobil yolları çəkilir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də ölkəmizin digər yerlərində mühüm investisiya proqramları icra olunur.        
Xalqımız 28 may Müstəqillik Günü ərəfəsində daha bir tarixi hadisənin şahidi oldu. Belə ki, cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı oldu. Dövlət Başçımız açılış mərasimində çıxış edərək bir sıra vacib məqamlara toxundu. Qeyd etdi ki, bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Respublikamız iqtisadi cəhətdən müstəqil ölkədir. Bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Prezidentimiz Azərbaycanın hərbi gücünün artdığını, müharibədən sonra yeni silahlı birləşmələr yaradıldığını, yeni texnika alındığını diqqətə çatdırdı. Bunlar ölkəmizin müdafiə qüdrətinin daha da artmasını şərtləndirən əsas amillərdir. Bütün dünya görür ki, Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Əgər biz müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub.
Ermənistanın acınacaqlı vəziyyətinin göz qabağında olduğunu xüsusilə diqqətə çatdıran Prezidentimiz demişdir: “Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Ermənilərin xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik”.
Bu gün Cənubi Qafqaz bölgəsində diktə edən tərəf güclü Azərbaycan dövlətidir. Ermənistan  birdəfəlik bilməli və qeyd - şərtsiz qəbul etməlidir ki, Qarabağ diyarı əzəli və əbədi Azərbaycan ərazisidir və bütün dünya bunu bu cür də qəbul edir. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanması qaçılmazdır. Ermənistan dəfələrlə bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Onların bütün cəhdləri yersizdir və heç bir həqiqəti əks etdirmir. Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycan çoxmillətli ölkədir, bütün xalqların nümayəndələri burada rahat yaşayır, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.
Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı “Böyük qayıdış” adlandırılan prosesin başlanğıcı oldu. İndi orada bərpa-quruculuq işləri sürətlə davam edir. Sevindirici haldır ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, illərlə sahiblərini səbirsizliklə gözləyən qədim Qarabağ torpağında tezliklə həyat öz axarına düşəcəkdir. İnsanlar burada xoş, firavan yaşayacaq, qurub yaradacaq, bu diyarı dünyanın ən gözəl guşəsinə çevirəcəklər. 
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının əməkdaşı


Tarix: 1-06-2022, 11:43 Oxunub: 289


Bölməyə aid digər xəbərlər