Ukrayna Rusiya ilə atəşkəs razılaşmasını və Ukrayna ərazisinin ələ keçirilməsinin tanınmasını nəzərdə tutan istənilən razılaşmanı istisna edir.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
O, Kiyevin müharibə ilə bağlı mövqeyinin getdikcə daha barışmaz olduğunu etiraf edib.
Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatlarda hər hansı fasilədən sonra daha güclü cavab verə bilər:
“Əməliyyat dayansa, bir müddət sonra ruslar silahlarını, canlı qüvvəsini artıracaq və səhvlərini düzəldəcək, bir az modernləşəcək, çoxlu generalları işdən çıxaracaq. Və onlar yeni, daha qanlı və genişmiqyaslı hücuma keçəcəklər”.
Podolyak, həmçinin Qərbin təcili atəşkəs çağırışlarını “çox qəribə” adlandırıb, çünki o zaman rus qoşunları işğal olunmuş ərazilərdə qalacaq:
“Rusiya qüvvələr ölkəni tərk etməlidir və bundan sonra sülh prosesini bərpa etmək mümkün olacaq”.
O əmindir ki, atəşkəs Kreml üçün fürsət olacaq, çünki onlar hansısa hərbi uğuru qeyd etmək istəyirlər.
Bölməyə aid digər xəbərlər