Rusiya Ukraynada vağzalı "İskander"lə VURDU - 30 nəfər həlak oldu, 100-dən çox YARALI VAR ...

Rusiya Ukraynanın Donetsk vilayətinə iki raket atıb.
Ukrayna Dəmir Yolları ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışinin yaydığı məlumata görə, raketlər Kramatorsk dəmir yolu stansiyasına düşüb. Nəticədə 30 nəfər həlak olub, 100-dən çox adam yaralanıb:
“Bu, məqsədlidir, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə hədəflənmiş zərbədir”.
Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, işğalçılar stansiyanı İskəndər raketi ilə vurublar:
“Hadisə yerində işləyən polis və xilasedicilər onlarla ölü və yaralının olduğunu bildirir. Raket zərbəsi zamanı minlərlə insan stansiyada olub, çünki Donbas sakinləri təhlükəsiz ərazilərə təxliyə edilir. Raşistlər haraya nə atdıqlarını çox yaxşı bilirlər. Onların məqsədi çaxnaşma və qorxu yaratmaqdır. Mülki vətəndaşları girov götürmək istəyirlər. Rusiya Federasiyası canavarlar və cinayətkarlar ölkəsidir. Şərə son qoymaq lazımdır!”.

Vəsilə İbrahim 


Tarix: 8-04-2022, 13:29 Oxunub: 868


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31