Üzərində “Z” hərfi olan tanklar Azərbaycana qarşı da istifadə olunub – FOTOLAR

  Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda iştirak edən rus ordusuna məxsus texnikaların üzərində “Z” hərfi yazılır.
Bunun açıqlaması kimi bildirilir ki, Rusiyada bir neçə hərbi dairə var. Bunlardan biri də Qərb Hərbi Dairəsi (Западный военный округ) adlanır.
Bu sözün abbreviaturası “ЗВО” və ya latın hərflərindəki “ZVO” kimi yazılır. Bu səbəbdən Qərb Hərbi Dairəsinin texnikası üzərində “Z” hərfi qeyd olunur.
 44 günlük Vətən Müharibəsi zamanı qənimət götürülmüş Ermənistan ordusuna məxsus bir neçə texnikanın da üzərində “Z” hərfi olub. Bakıda keçirilən Zəfər paradında həmin texnikalar da nümayiş etdirilib.
Belə ki, Vətən Müharibəsindəki qələbədən sonra 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında Zəfər paradı keçirilib. Paradda həmçinin müharibədə qənimət götürülmüş Ermənistan ordusuna məxsus texnikaların bir qismi də nümayiş etdirilib.
Həmin texnikalardan bəzilərinin üzərində də “Z” hərfi var.
Sözügedən texnikaların fotolarını təqdim edirik. 



Yeniavaz.com 


Tarix: 2-04-2022, 10:16 Oxunub: 701


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930