Amerikalılara Ukraynaya səfər etməzdən əvvəl vəsiyyətnamə yazmaq tövsiyə olunub



Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmaq və DNT nümunələrini tibb müəssisələrinə təqdim etmək tövsiyə olunur.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan müraciətdə bildirilib.
“Hazırda Ukraynada deyilsinizsə, lakin Ukraynaya getməmək tövsiyəsinə məhəl qoymursunuzsa, səyahət etməzdən əvvəl aşağıdakı addımları atmağı düşünməlisiniz... Vəsiyyətnamə hazırlayın, DNT nümunələrini tibb müəssisələrinə təqdim edin”, - deyə tövsiyələrdə bildirilir.
Ukraynaya səfər edən ABŞ vətəndaşları həmçinin uşaq himayəsi, ev heyvanlarına qulluq, mülkə sahiblik, dəfn mərasimləri ilə bağlı məsələlərin həllinə dəvət olunur.
Bundan başqa, yaxınlarla vacib sənədlər və əlaqə məlumatlarını bölüşmək məsləhət görülür. Bildirilir ki, bu, səfər edənlərin ABŞ-a qayıda bilməyəcəyi halda işlərinin idarə olunması üçün lazımdır.

RİA Novosti


Tarix: 9-03-2022, 10:28 Oxunub: 215


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31