"2022-ci ildə Bakı şəhəri üzrə filialların əsasında regional filialın və 5 ixtisaslaşmış mərkəzin yaradılması nəzərdə tutulub”.
ATİA.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun ötən ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bunlar SİM uşaqların sosial reabilitasiyası üzrə 2 mərkəz, baxımsız uşaqların ailələri ilə profilaktik iş üzrə mərkəz, məişət zorakılığından əziyyət çəkən şəxslər üçün pilot olaraq böhran mərkəzi və müəssisəyə düşmənin qarşısının alınması və re-inteqrasiya fəaliyyəti üzrə mərkəzdir.
Agentlik sədri həmçinin əlavə edib ki, Bakı şəhərində və Ağcabədi rayonunda bu kateqoriya üzrə yeni sığınacaqların açılması, müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Füzuli rayonunda filialının yaradılması, həmçinin əlilliyi olan şəxslər üçün Peşə-əmək reabilitasiya Mərkəzinin Xaçmaz rayonunda filialının yaradılması nəzərdə tutulub: “2022-ci il ərzində bütün stasionar sosial xidmət müəssisələrində peşə-əmək reabilitasiyası kabinetləri yaradılacaq. Uşaqların müəssisəyə düşməsinin qarşısının alınması məqsədilə SİM uşaqlar üçün sosial xidmət müəssisələrində 2 günərzi xidmət qrupunun yaradılması nəzərdə tutulub. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində günərzi qayğı xidmətinin yaradılması, məişət zorakılığı törədən şəxslərin sosial reabilitasiyası mərkəzinin yaradılması ilə bağlı təkliflərin verilməsi nəzərdə tutulub. Agentliyin təqdim etdiyi sosial xidmətlər, o cümlədən məişət zorakılığı halları və çətin həyat şəraitində olan uşaqlarla bağlı habelə onlayn-psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırıldığı Qayğı Çağrı Mərkəzinin yaradılıb”.
Bölməyə aid digər xəbərlər