Mübariz Mənsimov azadlıqda...

Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.
Əldə etdiyimiz məlumata görə, məhkəmə prosesində şahidlər dindirilib, daha sonra M.Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.
Qərara əsasən, Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib.
Məhkəmə qərarı ilə o, bu müddəti ev dustaqlığında keçirəcək. Qərara əsasən Mənsimova elektron qolbaq taxılacaq və bu vasitə ilə onun hərəkətləri izlənəcək.
Qeyd edək ki, martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət vermişdi.
Onu da xatırladaq ki, M. Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.


Tarix: 5-03-2021, 13:51 Oxunub: 593


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930