"Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olacaq” - bunu açıqlamasında Prezident İlham Əliyevin "kimsə özünü toxunulmaz hesab etməsin” fikrinin növbəti kadr islahatlarının anonsu kimi dəyərləndirilməsinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib. Politoloq daha sonra əlavə edib: "Prezident hələ Şuşaya səfərində milli kadrların hakimiyyətdə təmsil olunacağı mesajını vermişdi. Sumqayıtda olarkən Prezident bu fikrini bir qədər də genişləndirdi. Cəmiyyətimizdə dövlət məmurlarından narazılıq dalğası yaranıb. Xüsusən də şəhid və qazi ailələrinə göstərilən diqqətsizliklə bağlı problemlər var. Bu mənada Prezidentin həmin açıqlaması ilk növbədə icra hakimiyyəti strukturlarında kadr islahatlarının olmasını aktual edir. İnsanlar daha çox məhz bu sahəyə rəhbərlik edən bəzi məmurların haqsızlığı ilə üzləşir. Rayon icra hakimiyyəti başçılarının əksəriyyətinin dəyişiləcəyi gözlənilir".
Bölməyə aid digər xəbərlər