11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“BMT-dən YENİ QƏTNAMƏ”-Ordumuzun Xankəndinə girməmə səbəbi BƏLLİ OLDU

“Bəzi siyasi analitiklər iddia edir ki, Azərbaycan Ordusunun Xankəndinə girməməsinin səbəbkarı əslində Rusiya deyil, Qərbdir. Çünki bu əməliyyat baş tutsaydı, BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Həmçinin “etnik təmizləmə” adıyla Avropa institutlarından, ABŞ-dan da Azərbaycana qarşı eyni davranışların olacağı istisna deyildi. Bunun ardınca beynəlxalq birlik ordumuzun Şuşadan və Hadrutdan çıxmasını tələb edəcəkdi. Azərbaycan əlverişsiz duruma düşəcəkdi. Sanksiyalar tətbiq ediləcəkdi.
Prezident İlham Əliyev isə mümkün ən yaxşı variantı seçdi, Rusiyaya sülhməramlı mandatın verilməsinə nail oldu. Bununla da Qərbdən gələn məlum dalğanın qarşısını aldı. Paralel də Türkiyənin Azərbaycana yerləşməsini təmin etdi. Bu, olduqca incə bir proses idi ki, Azərbaycan lideri bunu uğurla bacardı. Qərb tamamilə neytrallaşdırıldı.”

ATİA.AZ xəbər verir ki, deputat Aydın Mirzəzadə açıqlamasında bu fərziyyələrin əsas məqsədinin Azərbaycanın təkbaşına Vətən müharibəsində qələbə çalmasının əhəmiyyətini azaltmaq təəssüratı yaratmağa hesablandığını bildirib.

“Belə bir təəssürat yaratmağa çalışırlar ki, Azərbaycana kənardan hərbi kömək edildi, Azərbaycan nədənsə ehtiyatlandı dayandı və sair. Ancaq əslində Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi yolla yanaşı hərbi yolla həlli variantını da gündəmdə saxladığını daim açıq şəkildə bildirirdi. Hansı mərhələdə hansı siyasəti yeridəcəyini Azərbaycan dövləti öz milli maraqlarına uyğun olaraq həyata keçirir. Xarici analitik mərkəzlərin, xarici mətbuat orqanlarının hesabatlarında, yazılarında Azərbaycanın daim müstəqil siyasət yeritdiyi, hər hansı böyük dövlətin forpostuna çevrilmədiyi və bütün dünya ilə bərabər, normal əlaqə saxladığı xüsusi vurğulanır. Bunu etmək çətindir, amma Azərbaycan dövləti son 30 illik tarixi ilə bunu sübut edib. Açıq şəkildə silahlı qüvvələrimiz möhkəmləndirilirdi, hərbi təlimlər keçirilirdi və 2016-cı ilin aprel döyüşləri də Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan siyasi rəhbərliyinin siyasi qətiyyətini göstərdi. Dağlıq Qarabağ probleminin birinci mərhələdə hərbi yolla həllinə üstünlük verildi, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi döyüşlərlə azad edildi və həmin ərəfədə Ali Baş Komandan cənab İlham Əliyev xaricdən gələn çağırışlara cavab olaraq dəfələrlə bildirdi ki, döyüşlər o vaxt dayandırıla bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qoşunların çıxarılma qrafikini versin, eyni zamanda Şuşanın azad edilməsi məsələsi xüsusi bir bəndlə qabarıq şəkildə bildirilirdi.

Rusiyanın vasitəçiliyi ilə gedən danışıqlar nəticəsində Ermənistan Şuşanın işğaldan azad edilməsindın sonra müqavimətin artıq əhəmiyyətsiz olduğunu görərək 3 böyük rayondan qoşunların çıxarılmasına və Azərbaycan-Ermənistan xəritəsinin SSRİ dövründəki xəritəyə əsasən qurulmasına razılıq verdi. Bu, əslində Azərbaycanın həm apardığı siyasətin, həm də hərbisinin qələbəsi idi. Burada hansısa bir xarici mərkəzlərin Azərbaycana təzyiqi və yaxud da Azərbaycanın nədənsə ehtiyatlanması barədə danışmağın əsası yoxdur. Azərbaycan ərazi bütövlüyünü, sərhədlərinin bütövlüyünü təmin etdi. Azərbaycan döyüşlərin müəyyən bir mərhələsində hesab etdi ki, buradan o tərəfə problemin qalan hissəsi artıq siyasi yolla həll edilə bilər. Ona görə də bu varianta üstünlük verdi. Eyni zamanda tək torpaqlarımız işğaldan azad edilmədi, Dağlıq Qarabağ probleminin həllində birinci mərhələ-hərb mərhələsi bitərək siyasi mərhələyə keçildi. Burada vacib məqamlardan biri az sayda erməni millətindən olan əhalinin yaşadığı bölgənin statusunun artıq gündəlikdən çıxarılması idi. Çünki hələ sovet dövründən ermənilər həmin torpaqları Azərbaycandan qoparmağa çalışırdılar, müstəqillik dövründə isə işğal etdilər və sonradan onu müstəqil etməyə çalışırdılar. Ancaq Azərbaycan bəyan etdi ki, işğala son qoyulub və həmin bölgənin statusundan söhbət gedə bilməz”, – deputat əlavə edib.


Tarix: 14-01-2021, 22:41 Oxunub: 180


Bölməyə aid digər xəbərlər