Qarabağda yerləşən Rusiya sülhməramlılarıyla bağlı yayılan ilk xəbər belə idi: sülhməramlılar İrəvandan Xankəndiyə təxminən 60 avtobus erməni köçürüblər...
Bu, həmin vaxt idi ki, ermənilər cüllüt boğazlarını Azərbaycan Ordusunun güclü pəncəsindən birtəhər xilas etmişdilər. Əgər Paşinyan telefonda Putinin baş-beynini xarab etməsəydi, ermənilər yazıq görkəm alıb beynəlxalq təşkilatların qabağında it qapmış arvad kimi göz yaşı axıtmasaydılar, indi Qarabağda onların izi-tozu da yox idi. Əgər Paşinyan alçaldıcı kapitulyasiya aktını siçan kimi gizləndiyi yeraltı bunkerdə imzalamasaydı, Qırmızı Xaç Komitəsinin fədakar əməkdaşları hələ də dağda-dərədə iylənmiş erməni leşlərini axtarırdılar...
Ermənilər nankordur. Onlar yaxın tarixdə baş vermiş bu hadisəni tez unuda bilərlər. Bəs ruslar? Axı sülhməramlıların bölgəyə gəlməsini hamıdan çox onlar istəyirdilər. Verdikləri vədləri nə tez yaddan çıxardılar? Çox kobud bir misal var: özümə yer eləyim, gör sənə nə edirəm... Rusiya sülhməramlıları təxminən bu cür davranırlar. Dağlıq Qarbağda özlərinə yer edəndən sonra Azərbaycanın xəritəsinə barmaq etməyə başlayıblar. Belə ki, son günlər Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritələr təqdim edilib. Bu hüququ sizə kim verib? Həddinizi aşmayın!
Sülhməramlı tərəfsiz olmalıdır. Sülhməramlıların fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq sülhməramlının vəzifəsi deyil. Onun Dağlıq Qarabağda 8 min ev tikməyinə də ehtiyac yoxdur. Torpağın sahibi Azərbaycandır. İstəyər, ev tikər, istəyər körpü salar. Sənin mənim, eləcə də Dağlıq Qarabağda yaşayan erməninin evində nə işin var? Hansısa separatçının İrəvandakı soyuq oteldə arvadı ilə yorğan altında donması səni niyə bu qədər narahat edir? Axı sən sülhməramlısan, erməninin yengəsi deyilsən...
Ola bilsin ki, sülhməramlı kontinget gənc nəsli təmsil edən hərbçilərdən təşkil olunduğu üçün bəzi həqiqətlərdən xəbərsizdir. Mən yazım, öyrənsinlər: Azərbaycan, o cümlədən doğma Qarabağ bizim ana vətənimizdir. Ermənilərdən fərqli olaraq, biz bu coğrafiyaya İran şahı ilə rusun çarının gizli anlaşması nəticəsində köçməmişik. Ermənilərin daşı daş üstə qoymadıqları o torpaqlar bizə məxsusdur. Hər gün içindən o tərəf-bu tərəfə keçdiyiniz Xocalıda həmişə azərbaycanlılar yaşayıb. Bəs niyə həmin azərbaycanlıların Xocalıya qayıtmağına kömək etmirsiniz? Sizin ədalət duyğularınız ancaq erməniləri görəndə qabarır?
Siz Azərbaycanda qonaqsınız. Özünüzü qonaq kimi aparın. Biz nə qədər müsafirpərvər olsaq da, həddini aşan qonağa qapını göstərməyi bacarırıq. 1993-cü il bir o qədər də uzaq keçmiş deyil. Nə tez unutdunuz?!
Seymur VERDİZADƏ
Bölməyə aid digər xəbərlər