11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Sülh sazişinin bütün bəndlərin razılaşdırılmasına ehtiyac var" - Ayxan Hacızadə

"Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb" -  bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Real TV-yə müsahibəsində deyib.
 O, bildirib ki, sülh sazişi bütöv sənəddir: 
“Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş var”.
 
A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır:
 
“Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur”.

Nazirlik rəsmisi onu da bildirib ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.


Tarix: 12-09-2024, 09:30 Oxunub: 140


Bölməyə aid digər xəbərlər