11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Paşinyan sülh sazişinin razılaşdırılmış detallarını açıqladı

“İrəvan dialoqu” beynəlxalq forumunun açılışında çıxış edən baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi danışıqlarına toxunub.

“Tez-tez eşidirsiniz ki, müqavilə layihəsinin 80 faizi razılaşdırılıb. Sülh müqaviləsi layihəsinin hazırkı nəticələrinə görə, layihənin 13 maddəsi və preambulası tam razılaşdırılıb. İki cümlədən ibarət daha 3 maddə qismən razılaşdırılıb. Həmin maddələrin bir cümləsi razılaşdırılıb, digəri razılaşdırılmayıb”, - o əlavə edib.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, Paşinyan sülh sazişinin bəzi razılaşdırılmış detallarını açıqlayıb.

O bəyan edib ki, sülh müqaviləsinin razılaşdırılmış maddələrindən biri hər iki tərəfə birgə mexanizm vasitəsilə müzakirələri davam etdirməyə imkan verəcək mexanizm nəzərdə tutur.

“Sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında müddəa nəzərdə tutulur. Buna görə də bu cür həllər üçün gedə bilərik. Biz bu təklifi açıq və rəsmi şəkildə etdik. Mən sülh və münasibətlər sazişinin razılaşdırılmış mətnini ən qısa zamanda imzalamağa hazır olduğumu bildirirəm”.


Tarix: 10-09-2024, 13:11 Oxunub: 130


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı